“Changan Auto”dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: “Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər”

“Changan Auto”dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: “Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər”






presstv

"Presstv"az #Audi, #Avto, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vətəndaş Fuad Kərimov 2025-ci ilin avqust ayında ilkin ödənişlə “Changan Auto”dan ikinci əl avtomobil alıb. Lakin maşını aldıqdan 8 gün sonra onda yaranan problemlə bağlı servisə müraciət edib.

Fuad Kərimovun sözlərinə görə, servis əməkdaşları problemin həll olunacağını bildirsələr də, bu vəd yerinə yetirilməyib:

“İndiyə kimi onlara 7 min manat pul ödəmişəm. Hazırda nə ödənişimi geri qaytarır, nə yeni avtomobil verir, nə də problemi həll edirlər. Yarım il avtomobilsiz qalmalıyam, amma bunların da pulunu ödəməliyəm?!”

Məsələ ilə bağlı “Changan Auto”dan bildirilib ki, vətəndaşın qarşılaşdığı problemdən xəbərdardırlar. Servis əməkdaşlarının məsuliyyətsizliyi, koordinasiyanın düzgün qurulmaması səbəbindən vətəndaşla avtosalon arasında anlaşılmazlıq yaranıb. Bununla bağlı müştəri ilə danışılıb, problem tez bir zamanda aradan qaldırılacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv