20 Yanvar – Azərbaycan xalqının qan yaddaşı

20 Yanvar – Azərbaycan xalqının qan yaddaşı






presstv

"Presstv"az #20 Yanvar - Ümumxalq Hüzn Günü, #Azərbaycan, #Azərbaycan Ordusu, #Bakı, #Böyük Qayıdış, #Hadisə, #Heydər Əliyev, #Odlu silah, #Qarabağ və Şərqi Zəngəzur, #SSRİ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Qanlı Yanvar: azadlıq yolunda şəhidlik zirvəsi
        Azərbaycan tarixinin ən faciəli və eyni zamanda ən şanlı səhifələrindən biri olan 20 Yanvar hadisələrindən 36 il ötür. 1990-cı ilin yanvarında baş verən bu qanlı faciə xalqımızın yaddaşına “Qanlı Yanvar” kimi həkk olunaraq, milli azadlıq mübarizəsinin simvoluna çevrilib.  presstvaz Azərbaycan xəbər portalı olaraq həmin tarixi günün mahiyyətini bir daha xatırladırıq.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Sovet ordusunun hərbi hissələri Bakı şəhərinə və ölkənin bir sıra bölgələrinə yeridildi. Dinc əhaliyə qarşı ağır hərbi texnika və odlu silahlardan istifadə olunması nəticəsində yüzlərlə insan qətlə yetirildi, yaralandı və qanunsuz həbs edildi. Fövqəladə vəziyyət elan olunmamışdan əvvəl və sonra törədilən bu zorakılıqlar misli görünməmiş qəddarlıqla müşayiət olundu.

       Rəsmi məlumatlara əsasən, hadisələr zamanı 150 nəfər şəhid oldu, yüzlərlə vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri aldı, çox sayda insan isə qanunsuz şəkildə azadlıqdan məhrum edildi. Sovet ordusunun Bakıda və bölgələrdə həyata keçirdiyi əməliyyatlar insan hüquqlarının kobud şəkildə pozulmasının bariz nümunəsi kimi tarixə düşdü.

20 Yanvar hadisələrinin əsas məqsədi Azərbaycan xalqının azadlıq iradəsini sındırmaq idi. Həmin dövrdə yenidən alovlanan qondarma Dağlıq Qarabağ problemi, erməni millətçiliyinin açıq təxribatları və SSRİ rəhbərliyinin bu proseslərə biganə münasibəti xalqın haqlı etirazına səbəb oldu. Milli maraqlara zidd qərarlar və qətiyyətsizlik Azərbaycan cəmiyyətini azadlıq və müstəqillik uğrunda mübarizəyə səslədi və geniş xalq hərəkatının formalaşmasına zəmin yaratdı.

       20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm dərin hüzn, həm də böyük qəhrəmanlıq nümunəsi kimi qalmaqdadır. O gecə Vətənin azadlığı, xalqın ləyaqəti naminə canından keçən şəhidlərimiz milli qürur mənbəyinə çevrildi. Məhz həmin gün Azərbaycan öz müstəqillik yolunda ilk böyük qurbanlarını verdi.

Bu faciəyə ilk siyasi və hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verildi. 1990-cı il yanvarın 21-də Moskvada verdiyi kəskin bəyanatla ulu öndər törədilən qırğını açıq şəkildə pislədi və hadisəni insanlığa zidd cinayət kimi dəyərləndirdi. Sonrakı illərdə onun təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi və bu mövqe tarixə qətiyyət nümunəsi kimi yazıldı.

       Şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi Zəfər 20 Yanvar şəhidlərinin də ruhunu şad etdi. Bu gün ölkə rəhbərliyi işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramını uğurla həyata keçirir, Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır.

Azərbaycan dövləti regional sülhün və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atır, gələcəyə sabitlik və inkişaf baxışı ilə irəliləyir. Bütün bu nailiyyətlərin təməlində isə 20 Yanvar şəhidlərinin göstərdiyi misilsiz fədakarlıq dayanır.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv