Ay vaxtı belə müəyyənləşəcək

Ay vaxtı belə müəyyənləşəcək






presstv

"Presstv"az #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin uzunmüddətli kosmik missiyalar zamanı yüksək dəqiqliyi təmin edəcək Ay vaxtı üçün ilk proqram təminatı modelini (LTE440) hazırlayıb.

presstvaz xəbər verir ki, bu, Ay vaxtının izlənməsi və onun Yer vaxtı ilə sinxronlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatıdır.

Çinli tədqiqatçılar bildiriblər ki, LTE440 proqram təminatının dəqiqliyi o qədər yüksəkdir ki, növbəti 1000 il ərzində belə səhv payı cəmi bir neçə on nanosaniyə həddində qalacaq.

Qeyd edək ki, Ayda zaman Yerə nisbətən bir qədər daha sürətli keçir. Bunun səbəbi Ayda cazibə qüvvəsinin daha zəif olmasıdır. 24 saatlıq zaman müddəti Ayda 58 mikrosaniyə daha sürətlə keçir.

Hazırda Ayda GPS yoxdur, amma gələcəkdə dəqiq enişlər və Ay səthində naviqasiya üçün belə bir sistemə ehtiyac olacaq. Vaxtın bu cür korreksiyası həm də uzunmüddətli Ay missiyaları üçün vacibdir ki, bütün iştirakçılar aylar və illər ərzində sinxronizasiyanı itirmədən eyni vaxt sistemindən istifadə edə bilsinlər. (lent.az)

presstvaz
 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv