FIFA prezidenti Afrika Millətlər Kubokunun finalında baş verən hadisə barədə danışıb

FIFA prezidenti Afrika Millətlər Kubokunun finalında baş verən hadisə barədə danışıb






presstv

"Presstv"az #Afrika Millətlər Kuboku, #Audi, #Futbol, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

FIFA prezidenti Canni İnfantino Seneqal yığmasının Afrika Millətlər Kubokunun final oyunundakı davranışını tənqid edib.

presstvaz “France 24″ə istinadən xəbər verir ki, prezident Seneqalın qapısına təyin olunan penalti zərbəsinə etiraz olaraq bəzi seneqallı futbolçuların meydanı tərk etməsini qınayıb.

“Bəzi “azarkeşlərin”, eləcə də bəzi seneqallı oyunçuların və texniki heyətin üzvlərinin davranışlarını qətiyyətlə qınayırıq. Meydanı bu şəkildə tərk etmək qəbuledilməzdir”, – deyə İnfantino açıqlamasında qeyd edib.

O, əlavə edib ki, komandalar hakim qərarlarına hörmət etməli və oyun qaydaları çərçivəsində yarışmalıdırlar, çünki hər hansı bir qayda pozuntusu futbolun mahiyyətini təhlükə altına qoyur. İnfantino, həmçinin oyunçuların dünyanın hər yerindəki milyonlarla azarkeş üçün düzgün nümunə göstərmək məsuliyyətini vurğulayıb.

Qeyd edək ki, final matçında hakim Mərakeşin lehinə penalti təyin etdikdən sonra əksər seneqallı futbolçular etiraz əlaməti olaraq meydanı tərk ediblər. Bəzi Seneqal azarkeşləri meydana çıxmağa çalışaraq mühafizəçilərlə toqquşublar. Nəticədə Seneqal futbolçuları meydana geri dönüblər, lakin Mərakeş millisinin oyunçusu Brahim Diaz penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib və oyun Seneqal millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv