Trampı İranı vurmaq fikrindən İsrail və Səudiyyə Ərəbistanı liderləri daşındırıblar?

Trampı İranı vurmaq fikrindən İsrail və Səudiyyə Ərəbistanı liderləri daşındırıblar?






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Avto, #avtobus, #Benyamin Netanyahu, #Donald Tramp, #Gəmi, #Hadisə, #Hakim, #İran, #İsrail, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Tehran, #Vaşinqton, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla danışıqlardan sonra İrana zərbə endirmək planlarından imtina edib”.

presstvaz xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrə istinadən “Axios” nəşri məlumat yayıb.

Portalın məlumatına görə, yanvarın 9-da ABŞ-nin vitse-prezidenti Cey Di Vens İrana hərbi müdaxilə ehtimalını müzakirə etmək üçün hərbçilərlə görüş keçirib. Yanvarın 13-də isə Tramp başqa bir görüşə rəhbərlik edib və İran ərazisinə zərbə endirmək üçün konkret planın hazırlanmasını tapşırıb.

Nəşrin mənbələrinə görə, müzakirə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən və sualtı qayıqlarından raket zərbələri ilə bağlı olub. Lakin Tramp güc tətbiq etmək barədə yekun qərar verməyib.

Vurğulanıb ki, ABŞ ordusu İrana hücumla bağlı yanvarın 14-də də əmr gözləyirmiş.

“Axios”un iddiasına görə, Netanyahu ABŞ liderinə bildirib ki, İsrail İranın ərazisinə zərbə endirəcəyi təqdirdə özünü müdafiə etməyə hazır deyil. Qismən də ABŞ-nin bölgədəki bazalarında hava hücumundan müdafiə imkanlarına kifayət qədər malik olmaması önə çəkilib.

Məlumata görə, ərəb lideri isə Trampla söhbətində ABŞ-nin hərbi müdaxiləsinin Yaxın Şərqdəki ümumi vəziyyətin kritikləşməsinə səbəb olacağını vurğulayıb.

Nəşrin mənbələrinə görə, Vaşinqton o vaxtdan bəri Tehranla vəziyyətin gərginliyini azaltmağa yönəlmiş addımları müzakirə edib.

Xəbərdə o da qeyd olunur ki, bütün bunlara rəğmən Tramp hələ də İrana qarşı güc tətbiq etmək variantını açıq saxlayır. Lakin hələlik Vaşinqton gərginliyin azaldılmasını seçib.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv