Qobu sakinlərinin yol problemi: “KÜÇƏLƏR KEÇİLMƏZ VƏZİYYƏTDƏDİR”

Qobu sakinlərinin yol problemi: “KÜÇƏLƏR KEÇİLMƏZ VƏZİYYƏTDƏDİR”






presstv

"Presstv"az #Abşeron rayonu, #Audi, #Hakim, #Kommunal xidmət, #Nəqliyyat, #Sosial şəbəkələr, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron rayonunun Qobu qəsəbəsində yolların keçilməz vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

presstvaz-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Qeyd olunub ki, xüsusilə yağıntılı hava şəraitində yollar palçıqla örtülür, gölməçələr əmələ gəlir, nəticədə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti çətinləşir.

“Yollar keçilməz vəziyyətdədir. Bir çox ərazilərdə vətəndaşlar öz vəsaitləri hesabına müəyyən işlər görməyə çalışıblar, amma aidiyyəti qurumlar tərəfindən hər hansı addım atılmır”, – deyə şikayətdə qeyd olunur.

presstvaz-ın sorğusuna cavab olaraq Abşeron Rayonu İcra Hakimiyyətindən bildirildi ki, sözügedən ərazilər Səməd Vurğun və Səməd Ağamalıoğlu küçələridir:

“Kommunal xidmət qurumları tərəfindən həmin küçələrdə müvafiq təmir işləri aparılıb. Təmir işləri başa çatandan sonra havaların düzəlməsi gözlənilir ki, əraziyə asfalt vurulsun. Yağmurlu hava şəraiti bitdikdən sonra asfalt vurulması üçün əlverişli olduğu zaman sözügedən küçələr əvvəlki formasına qaytarılacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv