ABŞ ordusu bir bölgə istisna olunmaqla İraqdan çıxarıldı

ABŞ ordusu bir bölgə istisna olunmaqla İraqdan çıxarıldı






presstv

"Presstv"az #ABŞ, #Audi, #İraq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ İraq Kürdüstanı bölgəsi istisna olmaqla bu ölkədən qoşunlarının çıxarılmasını başa çatdırıb.

presstvaz CNN-ə istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ hərbi qüvvələrinin sonuncu qrupu iyirmi ildən çox yerləşdiyi İraqın qərbindəki Ənbar əyalətindəki “Əyn əl-Əsəd” aviabazasından ayrılıb.

Qeyd olunur ki, ABŞ-nin İŞİD-ə qarşı mübarizədə iştirak edən koalisiya hərbi obyektləri İraq təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Xəbərə görə, ABŞ-nin hərbi qüvvələri hazırda İraq Kürdüstanının Ərbil əyalətindəki “Əl-Hərir” aviabazasındadır və mərkəzi hökumətin buraya məhdud nəzarəti var.

ABŞ Mərkəzi Komandanlığı CNN-ə İraq Müdafiə Nazirliyinin yaydığı məlumatın doğru olduğunu bildirib, lakin əlavə şərh verməyib.

2021-ci ilin dekabrında İraqdakı döyüş missiyasını başa çatdıran ABŞ ordusunun təxminən 2 500 hərbçisi bu ölkədə qalaraq, yerli hökumət qüvvələrinə dəstək verirdi. 2023-cü ildən bəri isə İraq hökuməti ABŞ-nin öz kontingentini ölkədən geri çəkməyə çağırışlar edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv