Bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

Bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #Bakı, #DİN, #Milli Məclis, #Nəqliyyat, #Şəhidlər xiyabanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakıda bəzi yollar bağlanacaq
       Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək, bəzi istiqamətlər dəyişdiriləcək.

Bildirilib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim başa çatanadək Parlament prospekti ilə kəsişən və birləşən bütün küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Bu tədbirlər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etməyə gələn vətəndaşların rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

       Məhdudiyyətlər Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi – Mətbuat prospekti, Mehdi Hüseyn küçəsi (Teleteatr binasının qarşısı), İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsi, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətində tətbiq olunacaq. Həmin ərazilərdə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq alternativ istiqamətlərə yönləndiriləcək.

Bu səbəbdən sürücülərə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, hərəkət zamanı yaranacaq sıxlıqları nəzərə alaraq ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur.

        Polis əməkdaşları tərəfindən ərazilərdə nəqliyyatın tənzimlənməsi və təhlükəsizliyin təmin olunması məqsədilə gücləndirilmiş rejimdə xidmət aparılacaq.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv