Ödənişli yollarda maksimal sürət həddi nə qədər olacaq? – Yeni qayda tətbiq edilir

Ödənişli yollarda maksimal sürət həddi nə qədər olacaq? – Yeni qayda tətbiq edilir






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #avtomobillər, #Azərbaycan, #Bakı, #Milli Məclis, #Nazirlər Kabineti, #Quba, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ödənişli yollarda minik və yük avtomobillərinin maksimal sürət həddi müəyyənləşir.

presstvaz xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihədə ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3.5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.

Qeyd olunur ki, Azərbaycanda avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi qaydaları Nazirlər Kabinetinin 2019-cu il 6 mart tarixli 76 nömrəli Qərarı ilə müəyyən edilib. Həmçinin “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən başlayan yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 2023-cü il tarixli 5 sentyabr tarixli 309 nömrəli Qərarı qəbul olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv