Polis qanunsuz silah-sursata qarşı əməliyyatları davam etdirir

Polis qanunsuz silah-sursata qarşı əməliyyatları davam etdirir






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #DİN, #Odlu silah

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
İki gün ərzində 18 avtomat, qumbara və yüzlərlə patron dövriyyədən çıxarılıb
       Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində polis əməkdaşları tərəfindən ölkə ərazisində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Yanvarın 17-si və 18-də həyata keçirilən tədbirlər nəticəsində paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında, eləcə də işğaldan azad olunmuş bölgələrdə ümumilikdə:

  • 18 avtomat silahı,

  • 4 tapança,

  • 3 qumbara,

  • 1 qumbaraatan,

  • 30 tüfəng,

  • 12 patron darağı,

  • 492 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyi tərəfindən ictimai təhlükəsizliyin təmin olunması, qanunsuz silah dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlərin qətiyyətlə davam etdirildiyi bildirilib.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv