Dünyanın heyran qaldığı türk şəhərləri

Dünyanın heyran qaldığı türk şəhərləri






presstv

"Presstv"az #Avropa, #İstanbul, #Muğla, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin tarixi zənginliyi, təbii gözəllikləri və unikal coğrafiyası hər il milyonlarla turisti özünə cəlb edir. 2026-cı ilin ən son turizm hesabatlarına görə, Türkiyənin bəzi şəhərləri qlobal miqyasda “vazkeçilməz” statusunu qoruyur.

presstvaz dünyanın ən çox maraq göstərdiyi o şəhərləri təqdim edir:

İstanbul: Qitələrin qovuşduğu möcüzə
Siyahının başında təbii ki, İstanbul gəlir. Avropa və Asiyanı birləşdirən yeganə şəhər olan İstanbul, xüsusilə Tarixi Yarımada, Boğaz mənzarəsi və asırlıq memarlıq abidələri ilə turistləri valeh edir. 2026-cı ilin “Dünyanın ən yaxşı şəhərləri” siyahısında Türkiyədən yer alan yeganə şəhər məhz İstanbuldur.

Nevşehir (Kapadokya): Nağıllar aləmi
“Pəri bacaları”, yeraltı şəhərləri və qayadan oyma butik otelləri ilə Kapadokya dünyanın ən çox fotoşəkil çəkilən yerlərindən biridir. Sübh tezdən göy üzünü bəzəyən rəngarəng hava balonları bölgəyə mistik bir atmosfer qatır ki, bu da onu həm tarix, həm də təbiət həvəskarları üçün bənzərsiz edir.

Antalya: Turizmin vitrini
Təmiz turkuaz dənizi, lüks kurortları və antik limanları ilə Antalya hər il öz turist rekordunu yeniləyir. Xüsusilə Alman, Rus və Britaniyalı turistlərin bir nömrəli seçimi olan bu şəhər, təkcə dəniz tətili üçün deyil, həm də Aspendos və Perge kimi antik şəhərləri ilə mədəniyyət turlarının mərkəzidir.

İzmir: Tarix və müasirliyin vəhdəti
Efes Antik Kenti, Çeşmə və Alaçatı kimi məşhur nöqtələri ilə İzmir Ege bölgəsinin incisidir. Həm antik dövrün mirasını daşıyan, həm də müasir sahil həyatını təqdim edən bu şəhər xaricilərin ən çox bəyəndiyi ilk 5 şəhər arasındadır.

Muğla: Mavi səyahətin ünvanı
Bodrum, Marmaris və Fethiye kimi dünyaca məşhur istirahət zonalarını daxilində saxlayan Muğla, daha çox yüksək gəlirli turistlərin və yaxta turizmi həvəskarlarının diqqət mərkəzindədir. Ölüdənizin bənzərsiz mənzarəsi və gizli qoyları bu şəhəri kartpostal gözəlliyinə çatdırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv