Yol hərəkəti qaydalarını kobud pozan şəxs məsuliyyətə cəlb olunub

Yol hərəkəti qaydalarını kobud pozan şəxs məsuliyyətə cəlb olunub






presstv

"Presstv"az #Abşeron rayonu, #Araşdırma, #Avto, #Avtoxuliqanlıq, #Azərbaycan, #DİN, #İnzibati Xətalar Məcəlləsi, #Nəqliyyat, #WhatsApp, #Xırdalan şəhəri, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Abşeron rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib
       Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən   presstvaz-a daxil olan məlumata əsasən, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Chevrolet Cobalt” markalı, 90-YL-765 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan İmanzadə saxlanılıb.

Məlumata görə, sürücü Xırdalan şəhəri ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb. Araşdırma zamanı onun nəqliyyat vasitəsini idarəetmə hüququnun olmadığı da müəyyən edilib.

       Faktla bağlı sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K. İmanzadə 15 sutka inzibati qaydada həbs edilib.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv