Şamaxı-Qonaqkənd yolunda yenidən torpaq sürüşməsi: Hərəkət üçün təhlükə yaranıb

Şamaxı-Qonaqkənd yolunda yenidən torpaq sürüşməsi: Hərəkət üçün təhlükə yaranıb






presstv

"Presstv"az #Audi, #Avto, #Nəqliyyat, #Şamaxı, #Torpaq sürüşməsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şamaxı-Qonaqkənd avtomobil yolunda yenidən torpaq sürüşməsi baş verib.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, sözügedən yol 2019-cu ildə əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Lakin cəmi iki il sonra – 2021-ci ildən etibarən ərazidə torpaq sürüşmələri qeydə alınmağa başlayıb.

İlkin mərhələdə sürüşmə yolun bir neçə nöqtəsində müşahidə olunsa da, zaman keçdikcə proses genişlənərək daha böyük ərazini əhatə edib. Sakinlərin dediklərinə görə, sürüşmə hər il təkrarlanıb, son günlərdə isə vəziyyət daha da ağırlaşıb.

Hazırda yolun təxminən 30-40 metr uzunluğunda hissəsi ciddi şəkildə zədələnib. Bir hissəsi demək olar ki, tamamilə uçquna məruz qalıb. Kənd istiqamətində hərəkət edən zolağın kənarında dərin uçurum yaranıb.

Hazırda sürüşməyə məruz qalan sahədə nəqliyyat vasitələri yalnız təxminən 50 santimetr enində qalan asfalt zolağı ilə hərəkət edir. Həmin hissədə də asfalt örtüyündə çatlar əmələ gəlib və yolun tamamilə uçmaq təhlükəsi qalmaqdadır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv