Azərbaycana soyuq hava dalğası gəlir

Azərbaycana soyuq hava dalğası gəlir






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Qarlı hava şəraiti, #Rusiya, #Türkiyə, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər Türkiyənin bir sıra bölgələrində, eləcə də Rusiyanın paytaxtı Moskvada müşahidə olunan güclü qar yağışı və kəskin şaxtalı hava şəraiti bölgədə hava proseslərinə təsiri ilə diqqət çəkir. Bu fondda sözügedən hava sistemlərinin Azərbaycana mümkün təsirləri maraq doğurur.

presstvaz xəbər verir ki, meteoroloq Cavid Hüseynov Sfera.az-a açıqlamasında qonşu ölkələrdə müşahidə olunan qarlı və şaxtalı hava şəraitinin eyni dərəcədə ölkəmizə təsir göstərməsə də, meteoroloji proqnozlara əsasən, bu soyuq hava dalğasının özünü iki mərhələdə büruzə verəcəyini bildirib.

Onun sözlərinə görə, siklonik fəaliyyətlə əlaqədar olan hava kütlələri Qafqaz dağları ilə qarşılaşdıqda və Xəzər dənizinin təsiri ilə çox vaxt öz termodinamik xüsusiyyətlərini dəyişir: "Türkiyədə hökm sürən qarlı hava şəraiti və Rusiyadan (Moskvadan) gələn Arktika mənşəli soyuq hava kütlələri Azərbaycana yanvarın 17-si gündüzdən etibarən daxil olmağa başlayacaq və bu proses yanvarın 22-dək davam edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8°C enəcək".

Meteoroloq əlavə edib ki, Bakıya sulu qar, rayonlara qar yağacaq: "Paytaxt Bakıda və Abşeron yarımadasında yağışın sulu qara keçəcəyi proqnozlaşdırılır.Dağlıq və dağətəyi rayonlarda qar yağacağı, yüksək dağlıq ərazilərdə isə temperaturun mənfi 15-20°C-dək düşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi temperaturun daha aşağı hiss olunmasına (effektiv temperatur) səbəb olacaq".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv