Seysmoloqdan HƏYƏCAN TƏBİLİ: Bəzi bölgələrdə zəlzələ ocaqları aktivləşib

Seysmoloqdan HƏYƏCAN TƏBİLİ: Bəzi bölgələrdə zəlzələ ocaqları aktivləşib






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #İtaliya, #Quba, #Şamaxı, #Şəki, #Türkiyə, #YouTube, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ölkədəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı və yaxın ərazilərdə maksimum 4 baladək zəlzələ gözlənilir”.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.

Seysmoloqun sözlərinə görə, sözügedən ərazilərdə zəlzələlər tarix boyu güclü və hiss edilən olub.

Qulam Babayev bildirib ki, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər. Şəki-Oğuz, Quba-Şabran və Aran bölgəsində Hacıqabul istiqamətində mövcud olan zəlzələ ocaqlarında da seysmik aktivliyin artması mümkündür.

Seysmoloq əlavə edib ki, Bakıda və Abşeron yarımadasında da seysmik ocaqlar aktivləşib.

Onun sözlərinə görə, Türkiyə, İtaliya və Avropanın bəzi seysmik zonaları ilə müqayisədə Azərbaycan nisbətən daha sabit hesab olunur. Bunun əsas səbəbi tektonik hərəkətlərin və geodinamik proseslərin sürətinin o qədər də intensiv olmamasıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv