“Moody’s” Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu açıqlayıb

“Moody’s” Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu açıqlayıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan iqtisadiyyatı 2025-ci ildə qlobal neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq müsbət artımı qoruyub saxlayıb.

presstvaz APA-ya istinadən xəbər verir ki, bu barədə “Moody’s Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.

Qeyd edilib ki, artım tempi 2024-cü illə müqayisədə zəifləyib. Keçən ilin ilk 11 ayında real ümumdaxili məhsul (ÜDM) illik müqayisədə 1.6% artıb və tam il üzrə artımın təxminən 1.5% olacağı gözlənilir. Bu göstərici qeyri-neft sektorundakı dayanıqlılığın neft-qaz sektorundakı davam edən daralmanı qismən kompensasiya etməsini göstərir.

“Moody’s” hesab edir ki, neft qiymətlərinin yumşalması və xərclərin artması 2025-ci ildə konsolidə edilmiş fiskal profisitin (buraya Naxçıvan regionu, sosial fondlar və Dövlət Neft Fondu daxil olmaqla) ÜDM-in təxminən 2.4%-nə enməsinə səbəb olacaq. Bu göstərici 2024-cü ildə 4% təşkil etmişdi. Dövlət büdcəsində infrastruktur, bərpa və sosial proqramlara xərclərin sürətlənməsi fonunda yüngül kəsir formalaşa bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv