Paytaxtda oğurluq edən 5 nəfər saxlanılıb

Paytaxtda oğurluq edən 5 nəfər saxlanılıb






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Azərbaycan, #Binəqədi rayonu, #Hadisə, #Məhkum, #Oğurluq hadisəsi, #Sabunçu rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Sabunçu və Binəqədidə silsilə oğurluqların qarşısı alınıb
       Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, paytaxtın Sabunçu və Binəqədi rayonları ərazisində qeydə alınan bir sıra oğurluq hadisələri ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.

Sabunçu rayonu ərazisində bir vətəndaş polisə müraciət edərək avtomobilindən akkumulyatorun oğurlandığını bildirib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı A. Quliyev və 39 yaşlı Ə. Abbasov müəyyən edilərək saxlanılıblar.

       Binəqədi rayonunda qeydə alınan digər oğurluq hadisəsi zamanı rayon ərazisində yerləşən obyektlərin birindən 700 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyalarının oğurlanması müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 36 yaşlı V. Klimaşkin və əvvəllər məhkum olunmuş 33 yaşlı Ə. Rəhimli saxlanılıblar.

Rayon ərazisində baş verən daha bir oğurluq hadisəsi ilə bağlı isə bir evdən 2100 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasında şübhəli bilinən 24 yaşlı N. Sadıqova polis əməkdaşları tərəfindən saxlanılıb.

       Faktlarla bağlı araşdırmalar davam etdirilir.

presstvaz – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv