Robotlar həkimləri əvəz edəcək? – Elon Musk tibb təhsili almamağa çağırdı

Robotlar həkimləri əvəz edəcək? – Elon Musk tibb təhsili almamağa çağırdı






presstv

"Presstv"az #ABŞ, #Cərrahi əməliyyat, #Çin, #Həkim, #Süni intellekt, #Tesla, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-li milyarder Elon Musk gənclərə tibb təhsili almamağı tövsiyə edib.

presstvaz-ın məlumatına görə, Musk bildirib ki, rəhbərlik etdiyi "Tesla" şirkətinin istehsal etdiyi "Optimus" robotları yaxın üç il ərzində dünyadakı ən yaxşı cərrahdan belə daha uğurlu əməliyyatlar həyata keçirə biləcək.

Musk bu fikirləri ilə geniş müzakirələrə səbəb olub. Maraqlıdır, bu iddia nə dərəcədə realdır?

Robot texnologiyaları və süni intellektin artıq həkimlərə yardımçı olmağa başladığı faktdır. Məsələn, ötən ilin iyul ayında süni intellektlə idarə olunan bir robot ABŞ-nin Johns Hopkins Universitetində öd kisəsi əməliyyatı həyata keçirib və əməliyyat uğurlu alınıb. Qeyd olunur ki, əməliyyat canlı insan üzərində deyil, real toxuma və daxili orqanlara malik model üzərində aparılıb.

Bundan başqa Çində bir şirkət tərəfindən hazırlanan cərrahi robot donuz üzərində öd yolları əməliyyatını insan müdaxiləsi olmadan həyata keçirib və nəticə 88 faiz uğurlu olub.

Ekspertlər bildirirlər ki, böyük və mürəkkəb cərrahi əməliyyatlarda robotların geniş şəkildə istifadəsi qısa müddətdə mümkün olmayacaq. Buna baxmayaraq, süni intellekt və robot texnologiyalarının tibbdə rolu sürətlə artır.

Elon Muskın sözlərinə görə, "Optimus" robotlarının bu il ərzində satışa çıxarılması planlaşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv