Nadir “Ferrari” hərraca çıxarılacaq

Nadir “Ferrari” hərraca çıxarılacaq






presstv

"Presstv"az #Audi, #Avto, #Ferrari, #Hərrac

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Gooding & Christie’s” hərracında nadir “Ferrari 288 GTO” kupesinin satışından 6-7 milyon avro gəlir əldə ediləcəyi gözlənilir.

presstvaz auto.ru-ya istinadən xəbər verir ki, bu modeldən cəmi 272 ədəd istehsal olunub və satışa çıxarılan avtomobil yaxşı qorunmuş vəziyyəti ilə seçilir.

Avtomobil 1984-cü ildə yığıldığı vaxtdan bəri cəmi 1 500 kilometrdən bir qədər artıq yol qət edib.

“288 GTO”nun konstruksiyasında borulu şassi alüminium, kevlar və şüşə lifindən hazırlanmış kuzovla birləşdirilib. Avtomobili hərəkətə gətirən isə 2.8 litrlik, 400 at gücündə V8 mühərrik və beşpilləli mexaniki ötürmələr qutusudur.

Avtomobilin qorunma səviyyəsini, məsələn, alt hissədə hələ də orijinal mum örtüyünün qalması və üzərində zavoddan çıxan təkərlərin saxlanılması təsdiqləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv