Tramp İranla uzunmüddətli müharibə istəmir, amma tez zamanda zərbə endirməyə hazırdır

Tramp İranla uzunmüddətli müharibə istəmir, amma tez zamanda zərbə endirməyə hazırdır






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #avtobus, #Donald Tramp, #Hakim, #İran, #İsrail, #Müharibə, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ Prezidenti Donald Tramp İranla uzunmüddətli müharibəyə qarşıdır, lakin lazım gələrsə, sürətli və qətiyyətli zərbə endirməyə hazırdır”.

presstvaz-ın xəbərinə görə, bu barədə NBC nəşri mənbələrə istinadən məlumat verib.

Bildirilir ki, ABŞ prezidenti bununla bağlı özünün milli təhlükəsizlik komandasına bildirib. Lakin mənbələrin dediyinə görə, prezidentin müşavirləri ABŞ-nin bir zərbə ilə İrandakı “rejimi devirə” biləcəyinə şübhə ilə yanaşırlar. Bundan əlavə, onlar, lazım gələrsə, İranın potensial aqressiv cavabını dəf etmək üçün ABŞ-lilərin regionda kifayət qədər qüvvəyə malik olduqlarına əmin deyillər.

Xatırladaq ki, 29 dekabr 2025-ci ildə İran rialı məzənnəsinin kəskin şəkildə düşməsi səbəbindən Tehranda tacirlər etiraz aksiyalarına başlayıblar. Dekabrın 30-da iğtişaşlara tələbələr də qoşulublar. İğtişaşlar əksər böyük şəhərlərə yayıldı. Yanvarın 2-də küçələrdə naməlum silahlı şəxslərin qrupları peyda olub və iğtişaşçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşmalar artıb.

İğtişaşlar yanvarın 8-də axşam pik həddə çatıb və bir uşaq da daxil olmaqla, ən azı 12 dinc sakin həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat verib. Tehran meri Əlirza Zəkani bildirib ki, iğtişaşçılar paytaxtda 25 məscidi yandırıblar, 26 banka, üç tibb mərkəzinə, 10 dövlət müəssisəsinə, 48 yanğınsöndürmə maşınına, 42 avtobusa və təcili yardım maşınına, eləcə də 24 mənzilə zərər veriblər. İran hakimiyyəti iğtişaşçıları terrorçu adlandırıb və iğtişaşlara görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv