Tramp: “Münaqişənin həlli Kiyevin mövqeyinə görə gecikir”

Tramp: “Münaqişənin həlli Kiyevin mövqeyinə görə gecikir”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Jurnalistlər, #Kiyev, #Münaqişə, #Rusiya, #Ukrayna, #Vladimir Putin, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ukraynadakı münaqişənin həlli Kiyevin mövqeyinə görə gecikir”.

presstvaz xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Reuters” agentliyinə verdiyi müsahibədə bildirib.

Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin münaqişəyə son qoymağa hazırdır.

“Rusiya lideri razılaşma əldə etməyə hazırdır. Düşünürəm ki, Ukrayna tərəfi münaqişənin həllinə hazır deyil”, – deyə Tramp bildirib.

Agentliyin jurnalistləri Trampdan ABŞ-nin Ukrayna münaqişəsini həll etmək səylərinin niyə indiyə qədər uğursuz olduğunu soruşublar.

Tramp cavabında münaqişənin davam etməsində Ukrayna Prezidenti Volodimir Zelenskinin günahkar olduğunu bəyan edib.

ABŞ lideri xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin Moskvaya planlaşdırıldığı iddia edilən səfəri barədə heç bir məlumata malik olmadığını da bildirib.

“Bloomberg” nəşri Uitkoff və Kuşnerin Rusiya paytaxtına potensial səfəri barədə məlumat vermişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv