Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında həlak olmuş türkiyəli hərbçi Cüneyt Kandemirin ailəsini ziyarət edib

Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında həlak olmuş türkiyəli hərbçi Cüneyt Kandemirin ailəsini ziyarət edib






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Başsağlığı, #Gürcüstan, #Hərbi Hava Qüvvələri, #təyyarə, #Təyyarə qəzası, #Türkiyə, #Türkiyə Milli Müdafiə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Silahlı Qüvvələrin general-mayoru Zaur Zeynalov Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğraması nəticəsində həlak olmuş baş leytenant Cüneyt Kandemirin ailəsini ziyarət edib.

presstvaz xəbər verir ki, bu barədə səfir Rəşad Məmmədov “X” sosial şəbəkə hesabında yazıb.

“Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli hərbi yük təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğraması nəticəsində şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu, baş leytenant Cüneyt Kandemirin əziz xatirəsini yad etmək və kədərli ailəsinin acısını paylaşmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi, general-mayor Zaur Zeynalov və Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri ilə birlikdə təziyə ziyarəti həyata keçirdik.

Ziyarət zamanı şəhidimizin dəyərli ailəsi ilə yaxından maraqlandıq, ən səmimi başsağlığı diləklərimizi çatdırdıq, iki qardaş ölkənin həmrəyliyi və tale birliyi vurğulandı.

Şəhidimizin ruhuna “Fatihə” surəsi oxundu, daha sonra Azərbaycan bayrağı bir vəfa nişanəsi olaraq şəhidimizin möhtərəm atasına təqdim edildi,” – deyə paylaşımda bildirilir.

Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv