KİV: ABŞ 24 saat ərzində İrana hücum edə bilər

KİV: ABŞ 24 saat ərzində İrana hücum edə bilər






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Donald Tramp, #İran, #Jurnalistlər, #Qətər, #Vəzifə, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ yaxın vaxtlarda İrana hücum edə bilər. Bunun yaxın 24 saat ərzində baş verəcəyi ehtimal olunur.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki Avropa məmuruna istinadən məlumat yayıb.

Məlumata görə, israilli bir məmur bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrana müdaxilə barədə qərar qəbul etmiş ola bilər.

Hərçənd, hücumun miqyası və müddəti hələ dəqiqləşdirilməyib.

“Reuters” agentliyi yüksəkvəzifəli İran rəsmisinə istinadən xəbər verir ki, İran amerikalı hərbçilərin olduğu qonşu ölkələrə xəbərdarlıq edib ki, əgər ABŞ-nin hücumu baş verərsə, həmin ölkələrdəki bazalara zərbə endiriləcək.

Bununla əlaqədar olaraq, ABŞ Yaxın Şərqdəki bazalarından personalın bir hissəsini çıxarmaq qərarına gəlib. Bu barədə amerikalı məmur jurnalistlərə məlumat verib.

Xüsusilə, bəzi əməkdaşlara yanvarın 14-ü axşama qədər Qətərdəki “Əl-Udeyd” ABŞ aviabazasını tərk etmək tapşırılıb. Agentliyin həmsöhbətlərindən biri dəqiqləşdirib ki, bu, təxliyə deyil, dislokasiyadır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv