Naxçıvanda hərbi karyerasını inkişaf etdirmək istəyənlərin NƏZƏRİNƏ

Naxçıvanda hərbi karyerasını inkişaf etdirmək istəyənlərin NƏZƏRİNƏ






presstv

"Presstv"az #Ailə, #Audi, #Əlahiddə Ümumqoşun Ordu, #Naxçıvan Muxtar Respublikası, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

presstvaz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu fevralın 15-dək Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, 1 nömrəli hərbi şəhərcik) həyata keçiriləcək.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə), “q” bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın cinsli vətəndaşlar qəbul edilir.

Kursa qəbul üçün tələb olunan sənədlər:

– kursa qəbul olunmaq barədə ərizə;

– anket forması;

– tərcümeyi-hal (bir nüsxədə);

– təhsil haqqında sənədin surəti (bir nüsxədə);

– doğum haqqında şəhadətnamənin surəti (bir nüsxədə);

– yaşayış yeri və ailə tərkibi haqqında arayış (bir nüsxədə);

– əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);

– şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (bir nüsxədə);

– sürücülük vəsiqəsinin surəti (olduğu təqdirdə, bir nüsxədə);

– nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, bir nüsxədə);

– həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (bir nüsxədə);

– rəngli fotoşəkil (baş geyimsiz, anfas, altı ədəd 3×4 sm, iki ədəd 4.5×6 sm və üç ədəd 9×12 sm);

– hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (bir nüsxədə, kişi cinsli vətəndaşlar üçün);

– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Müraciətlər fevralın 15-dək saat 09:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv