Nqolo Kante “Fənərbağça”ya keçid üçün maaşının azaldılmasına razılıq verib

Nqolo Kante “Fənərbağça”ya keçid üçün maaşının azaldılmasına razılıq verib






presstv

"Presstv"az #"Fənərbağça", #Audi, #Fransa, #İstanbul, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur fransalı yarımmüdafiəçi Nqolo Kante “Fənərbağça”ya transfer olmaq üçün İstanbul klubunun maaş azaltma tələbinə razılıq verib.

presstvaz xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Bildirilib ki, artıq maaş məsələsi tərəflər arasında problem siyahısından çıxıb.

34 yaşlı dünya çempionu “Fənərbağça”nın layihəsinə “bəli” deyib. Kante son transferlərdən, xüsusən də keçmiş komanda yoldaşı Matteo Genduzinin transferindən, klubun son dövrlərdəki uğurlarından və gələcək planlarından təsirlənib.

Lakin transfer hələ tam başa çatmayıb. Kantenin hazırkı klubu olan Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası ilə bağlı məsələlər hələ də danışıqlar masasındadır.

Qeyd edək ki, 2021/2022 mövsümündə Çempionlar Liqasını qazanan “Çelsi”nin əsas oyunçusu olan Kante 2023-cü ildə “Əl-İttihad”a transfer olmuşdu. Səudiyyə Ərəbistanında keçirdiyi bir mövsümdə 22 oyunda meydana çıxan Kante iki qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv