Azərbaycan və İsrail arasında birgə süni mayalanma mərkəzinin yaradılması müzakirə edilib

Azərbaycan və İsrail arasında birgə süni mayalanma mərkəzinin yaradılması müzakirə edilib






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #DNT, #İsrail, #Məcnun Məmmədov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan və İsrail arasında birgə süni mayalanma mərkəzinin yaradılması imkanları müzakirə edilib.

presstvaz xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “X” sosial şəbəkəsində paylaşım edib.

“İsrailə səfərin növbəti günü ölkənin aqrar-sənaye sektorunda aparıcı mövqeyə malik bir sıra strateji əhəmiyyətli müəssisələrə baş çəkdik. Səfər zamanı üç kibbuts icmasına məxsus, illik istehsal gücü 12 000 ton süd olan ferma təsərrüfatına, habelə İsrailin ən böyük süni mayalanma mərkəzinə (SION) və ölkə əhalisinin əhəmiyyətli hissəsini süd məhsulları ilə təmin edən müasir süd emalı müəssisəsinə səfər etdik.

Səfər zamanı qeyd olunan müəssisələrin fəaliyyət modeli, istehsal və idarəetmə mexanizmləri, yüksək məhsuldarlığın təmin edilməsində tətbiq edilən innovativ texnologiyalar, genetik seleksiya və heyvandarlıqda rəqəmsal həllər barədə ətraflı məlumat təqdim edilib. Görüşlər çərçivəsində tərəflər arasında ən yaxşı beynəlxalq təcrübələrin bölüşülməsi, Azərbaycanda birgə süni mayalanma mərkəzinin yaradılması imkanları, eləcə də bu sahədə texniki bilik və mütəxəssis potensialının inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Bununla yanaşı, süd emalı sənayesində dövlət dəstəyi mexanizmləri, investisiya təşviqləri və tənzimləyici çərçivə haqqında ətraflı fikir mübadiləsi aparılıb. Səfərin aqrar sahədə məhsuldarlığın artırılması, rəqabətqabiliyyətli istehsalın təşkili və Azərbaycan-İsrail əməkdaşlığının dərinləşdirilməsi baxımından mühüm rol oynayacağına inanıram”, – paylaşımda qeyd olunub.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv