“Napoli”nin baş məşqçisi Antonio Konte cəzalandırıldı

“Napoli”nin baş məşqçisi Antonio Konte cəzalandırıldı






presstv

"Presstv"az #Audi, #Hakim, #İtaliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Napoli”nin baş məşqçisi Antonio Konte A Seriyasında ikioyunluq diskvalifikasiya ilə üzləşib və 15 min avro cərimə edilib.

presstvaz “Football Italia”ya istinadən xəbər verir ki, buna “İnter”ə qarşı keçirilən gərgin matç zamanı (2:2) insident səbəb olub.

Oyunun ikinci hissəsində “Napoli”nin qapısına penalti təyin ediləndə Konte özündən çıxıb. Məşqçi əsəbi halda yan xətt yaxınlığında topa zərbə endirib, bu hərəkəti ilə dərhal qırmızı vərəqə alaraq meydandan qovulub.

Lakin insident bununla yekunlaşmayıb. Meydanı tərk etməzdən əvvəl Konte daha da qəzəblənərək yerə şüşə atıb və ehtiyat hakimə tərəf qışqırmağa başlayıb. Bu hərəkətləri A Seriyasının İntizam Komitəsini daha sərt qərar verməyə vadar edib.

Nəticədə Antonio Konte İtaliya çempionatının növbəti iki turunda komandasına rəhbərlik edə bilməyəcək. O, yanvarın 14-də “Parma” və yanvarın 17-də “Sassuolo” ilə keçiriləcək matçlarda komandanı məşqçilər skamyasından izləyə bilməyəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv