İspaniyada xərçənglə mübarizə aparmağa kömək edən badımcanlar yetişdirilib

İspaniyada xərçənglə mübarizə aparmağa kömək edən badımcanlar yetişdirilib






presstv

"Presstv"az #Audi, #İspaniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyalı alimlər onkoloji xəstəliklərlə (xərçənglə) mübarizə aparmağa kömək edə biləcək yeni badımcan növü hazırlayıblar.

presstvaz-ın xəbərinə görə, tədqiqatın nəticələri “Food Bioscience” jurnalında dərc olunub.

Məlumata görə, digər növlərin çarpazlaşdırılması yolu ilə əldə edilən tərəvəzin toxumlarında xərçəng hüceyrələrinin böyüməsinin qarşısını almaq qabiliyyətinə malik təbii birləşmələr var.

Tədqiqat qrupunun bazasında işlədiyi Qranada Universitetindən qeyd edilib ki, heyvanlar üzərində aparılan sınaqlar gələcəkdə şişlərin müalicəsi üzrə yeni metodların işlənib hazırlanması üçün təzə yollar açır.

Alimlər “S0506” badımcan növünün (“Solanum melongena L.”) yetişmiş və yağsız toxumlarından əldə edilən ekstraktı araşdırıblar. “Food Bioscience” jurnalında dərc edilən hesabatda bildirilib ki, onun yoğun bağırsaq xərçəngi hüceyrələrinə təsiri hətta olduqca aşağı konsentrasiyalarda belə güclü antiproliferativ təsir nümayiş etdirib.

Xüsusilə vurğulanıb ki, ekstrakt həmçinin dərman müqavimətinə və residivə görə məsuliyyət daşıdığı hesab edilən şiş kök hüceyrələrinə də təsir göstərib.

Qeyd etmək lazımdır ki, yoğun bağırsaq xərçəngi dünyada ən çox yayılmış xərçəng növlərindən biridir və onu məğlub etməyin üsullarını tapmaq prioritet məsələlərdəndir. Alimlərin sözlərinə görə, əldə edilən nəticələr bu istiqamətdə tədqiqatların davam etdirilməsini tələb edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv