Tramp ABŞ vətəndaşlarını və müttəfiqləri İranı tərk etməyə çağırdı

Tramp ABŞ vətəndaşlarını və müttəfiqləri İranı tərk etməyə çağırdı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #avtobus, #Donald Tramp, #Hadisə, #Hakim, #İran, #İsrail, #Jurnalistlər, #Tehran, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ-nin müttəfiqləri və İran ərazisində olan ABŞ vətəndaşları ölkəni dərhal tərk etməlidirlər”.

presstvaz CNN telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Detroytdakı “Ford” avtomobil zavoduna ziyarəti zamanı bildirib.

“Mən deyərdim ki, İranı tərk etmək pis fikir deyil”, – deyə o, ABŞ vətəndaşlarının İranı tərk etməsinin zəruriliyi barədə suala cavab verərkən bildirib.

Bundan əlavə, Tramp Vaşinqtonun İrandakı etirazçılara yardım göndərəcəyi ilə bağlı bu yaxınlarda verdiyi bəyanata aydınlıq gətirməyib. O həmçinin bu yardımın məhz nədən ibarət olduğunu dəqiqləşdirməyib.

Jurnalistlərin müvafiq sualına Tramp “Baxıb görərsiniz” deyə cavab verib.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv