Suriyanın “ikinci xanımı”nı İran aradan götürüb?

Suriyanın “ikinci xanımı”nı İran aradan götürüb?






presstv

"Presstv"az #Audi, #Avto, #Hakim, #İran, #Müharibə, #Suriya, #Tehran, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

O, Suriyanın keçmiş prezidenti Bəşər Əsədə hədsiz yaxınlığına görə ölkənin “ikinci xanımı” kimi tanınırdı. Özü də bu ləqəbdən xoşlanır və şəxsi söhbətlərdə haçansa birinci xanım olacağını da deyirdi. Birinci xanım Əsma Əsədin qan xərçənginə tutulduğu məlum olanda, deyilənə görə, tezliklə onun ölməsini arzulamışdı.

Lakin hər şey əksinə oldu: Əsədin devrilməsindən cəmi bir neçə ay öncə o, şübhəli avtomobil qəzasında 49 yaşında həyatını itirdi. Söhbət Əsəd dövrü Suriya hakimiyyətində önəmli təsirə malik jurnalist Luna Şibldən gedir.

presstvaz xəbər verir ki, bu barədə “Azad İran”ın “YouTube” kanalında yayımlanan süjetdə bildirilir.

Əlbəttə, o, adi jurnalist deyildi, əvvəllər Suriya prezidentinin mətbuat katibi, daha sonra isə onun xüsusi müşaviri olmuşdu. Suriyada vətəndaş müharibəsi illərində bir növ Əsədin imicmeykeri olan Luna Şibl siyasi məsələlərə getdikcə artan müdaxiləsinə görə çoxlarında narazılıq və qısqanclıq doğururdu.

Təbii ki, gəzən şayiələrə əsasən, ona qısqanclıqla yanaşanların başında Əsma Əsəd gəlirdi. Odur ki, Luna müəmmalı qəzada həlak olduğu zaman “onu kim aradan götürdü?” sualının cavabında mümkün versiyalardan biri kimi, Əsma Əsədin adı çəkilirdi.

Regionda nüfuzlu media orqanlarından biri də 2024-cü il iyulun 5-də baş vermiş qəzadan dərhal sonra barmaqların İrana, “Hizbullah”a və birinci xanıma tuşlandığını yazmışdı. Lakin Əsma Lunanı aradan götürmək istəsəydi, bunu daha əvvəl, necə deyərlər, işlər gəlib bu yerə çıxmadan da asanlıqla edə bilərdi. “Hizbullah”ın da həmin dövrdə Suriyada belə bir əməliyyat həyata keçirmək imkanlarının olduğu az inandırıcı görünür.

Qalır İran. Tehranın o dövrdə belə bir sui-qəsdi icra etmək üçün həm imkanları, həm də əsasları vardı. Son vaxtlar üzə çıxan bəzi məlumatlar da Lunaya qarşı qəsdin arxasında məhz İranın durduğu ehtimalını gücləndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv