ABŞ-də keçmiş “Formula-1” pilotu Antonio Pizzoniya həbs edilib

ABŞ-də keçmiş “Formula-1” pilotu Antonio Pizzoniya həbs edilib






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avto, #Braziliya, #Formula-1, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Texas polisi “Formula-1” üzrə dünya çempionatının keçmiş pilotu, braziliyalı Antonio Pizzoniyanı həbs edib.

presstvaz-ın “Formula Passion” portalına istinadən verdiyi məlumata görə, Pizzoniya bir şəxsə hücum etdiyinə görə saxlanılıb.

Hadisə pilotun oğlunun iştirak etdiyi kartinq yarışından sonra baş verib. Pizzoniya ilə digər yarışçı uşağın atası arasında mübahisə yaranıb və bu mübahisə dava ilə nəticələnib. Pizzoniya girov müqabilində sərbəst buraxılıb.

Qeyd edək ki, 45 yaşlı Antonio Pizzoniya 2003-2005-ci illər arasında “Jaguar” və “Williams” komandalarında “Formula-1” yarışlarında iştirak edib. Braziliyalı pilot heç vaxt fəxri kürsüyə yüksələ bilməyib. Onun karyerasında ən yaxşı nəticəsi 2004-cü ildə Almaniya Qran-prisində qazandığı 7-ci yer olub.

Pizzoniyanın “Formula-1” karyerası qısa olsa da, o, Braziliya avtoidmanında tanınmış simalardan biri hesab olunur. “Jungle Boy” ləqəbi ilə tanınan Pizzoniya F1-dən əvvəl və sonra müxtəlif yarış seriyalarında, o cümlədən “ChampCar”, GP2 və “A1 Grand Prix” kimi çempionatlarda da iştirak edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv