Futbol meydanından məşqçilik kürsüsünə: Qurban Qurbanov Qara Qarayevin yeni vəzifəsini alqışladı

Futbol meydanından məşqçilik kürsüsünə: Qurban Qurbanov Qara Qarayevin yeni vəzifəsini alqışladı






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Azərbaycan, #Futbol, #Jurnalistlər, #Kazan, #Rusiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçmiş futbolçusu Qara Qarayevin Azərbaycanın U-21 millisinin məşqçi heyətinə qatılması barədə fikirlərini bölüşüb.

presstvaz Qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərə açıqlamasında 33 yaşlı yarımmüdafiəçinin məşqçilik karyerasının başlanğıcı ilə bağlı müsbət proqnozlar verib.

“Qara Qarayev U-21 millimizə ancaq faydalı ola bilər. Başqa cür düşünməyə heç ehtiyac da yoxdur. Çünki məşqçiliyə tez başlaması gələcəkdə onun özünə, karyerasına daha faydalı ola bilər”, – deyə Qurbanov vurğulayıb.

Futbolçu karyerası ərzində “Qarabağ”da Qurbanovun rəhbərliyi altında uğurla çıxış edən Qarayev, həmçinin Rusiya klubu “Rubin Kazan”da da forma geyinib. O, Azərbaycan milli komandasında 71 oyun keçirib və ölkə futbolunun ən tanınmış simalarından birinə çevrilib.

Qeyd edək ki, Qarayevin özü hələlik futbolçu karyerasını rəsmən başa vurduğunu açıqlamayıb. Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq futbolçusu U-21 millisində analitik vəzifəsinə təyin olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv