Dumanlı havada ölüm təhlükəsi: Dağ Göylər-Çöl Göylər yolu sürücüləri NARAHAT EDİR

Dumanlı havada ölüm təhlükəsi: Dağ Göylər-Çöl Göylər yolu sürücüləri NARAHAT EDİR






presstv

"Presstv"az #Avto, #Nəqliyyat, #Şamaxı, #Şamaxı rayonu, #Sosial şəbəkələr, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər Şamaxı rayonunun Dağ Göylər və Çöl Göylər kəndlərini birləşdirən avtomobil yolunun təhlükəli olması ilə bağlı sürücülər öz narahatlıqlarını bildirirlər.

presstvaz xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fikirlərdə sürücülər sözügedən yolda dəfələrlə çətin vəziyyətə düşdüklərini vurğulayıblar.

“Xüsusən də havanın dumanlı və yağıntılı vaxtında yol çox təhlükəli olur. Belə havada qəza baş verərsə, ölüm riski qaçılmaz olar”, – deyə sürücülərdən biri qeyd edib.

presstvaz-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Dağ Göylər və Çöl Göylər kəndlərini birləşdirən avtomobil yolu mütəmadi olaraq nəzarətdə saxlanılır.

Dumanlı havada ölüm təhlükəsi: Dağ Göylər-Çöl Göylər yolu sürücüləri NARAHAT EDİR

“Yol boyu nəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə cari təmir işləri həyata keçirilir. Eyni zamanda, hərəkət təhlükəsizliyinin təmin olunması üçün yol boyunca müvafiq yol nişanları və siqnal dirəkləri quraşdırılıb. Əlavə təhlükəsizlik tədbirlərinin görülməsinin zəruriliyi ilə bağlı avtomobil yolunda əlavə monitorinqlərin aparılması nəzərdə tutulur.

Sürücülərdən xahiş edirik ki, sözügedən avtomobil yolu ilə hərəkət zamanı diqqətli olsunlar, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə ciddi əməl etsinlər”, – deyə A.Nəcəfli bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv