2026-cı ilin ilk dövlət qulluğu imtahanı: 1500-ə yaxın namizəd iştirak edəcək

2026-cı ilin ilk dövlət qulluğu imtahanı: 1500-ə yaxın namizəd iştirak edəcək






presstv

"Presstv"az #Audi, #Bakı, #Dövlət İmtahan Mərkəzi (DİM), #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il yanvarın 15-də dövlət qulluğu vəzifələri üzrə növbəti test imtahanlarının keçiriləcəyini açıqlayıb.

presstvaz xəbər verir ki, imtahanlar dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına, həmçinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə təşkil ediləcək.

Bildirilib ki, imtahanlar saat 10:00 və 16:00-da başlayacaq. Namizədlərin diqqətinə çatdırılıb ki, imtahanın başlanmasından 15 dəqiqə öncə (müvafiq olaraq saat 09:45 və 15:45) imtahan binasına gəlməyənlər binaya buraxılmayacaqlar.

Qeyd edək ki, imtahanlar üçün qeydiyyat prosesi 2025-ci il dekabrın 19-dan 2026-cı il yanvarın 4-dək davam edib və bu müddət ərzində 1 489 namizəd iştirak üçün ərizə təqdim edib. Bu rəqəm dövlət qulluğu vəzifələrinə marağın yüksək olduğunu bir daha təsdiqləyir. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlər artıq DİM-in rəsmi internet saytına (dim.gov.az) daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Buraxılış vərəqələrində namizədlər üçün imtahanın keçiriləcəyi yer, vaxt, bina və digər vacib məlumatlar qeyd olunub. İmtahana gələrkən namizədlər mütləq şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni özləri ilə gətirməlidirlər.

İmtahanlar elektron formada, müasir kompüter texnologiyalarından istifadə edilməklə, Bakı və Naxçıvan şəhərlərində ümumilikdə iki binada təşkil olunacaq. İmtahanların şəffaf və nizam-intizamlı keçirilməsi üçün iki ümumi imtahan rəhbəri, 16 zal admini, 97 nəzarətçi və 14 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv