Bakı-Quba yolunda gecə saatlarında baş verən zəncirvari qəzanın DETALLARI

Bakı-Quba yolunda gecə saatlarında baş verən zəncirvari qəzanın DETALLARI






presstv

"Presstv"az #Abşeron rayonu, #Araşdırma, #Audi, #Avto, #avtomobillər, #Bakı, #Hadisə, #Nəqliyyat, #Quba, #Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin detalları məlum olub.

presstvaz-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə yanvarın 12-də, saat 22:20-də Bakı-Quba yolunun 17-ci kilometrliyində qeydə alınıb.

“Ehtiram Rəhim oğlu Həsənovun idarə etdiyi “Opel” markalı, 90-ME-961 dövlət nömrə nişanlı avtomobillə Vüqar İlqar oğlu Qasımovun idarə etdiyi KIA markalı, 99-BY-992 dövlət nömrə nişanlı və Rəşid Valeh oğlu Nəsirovun idarə etdiyi BYD markalı, 77-QB-519 dövlət nömrə nişanlı avtomobillər toqquşub.

Hadisə nəticəsində KIA markalı avtomobilin sürücüsü V.Qasımov və sərnişini Mehparə Nurəddin qızı Quliyeva yüngül dərəcəli xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda vurğulanıb.

presstvaz-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olmayıb.

“Hadisə yerinə özəl təcili tibbi yardım avtomobili cəlb olunub”, – deyə məlumatda bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv