Bayden jurnalistə müsahibə verməmək üçün telefon nömrəsini dəyişdirib

Bayden jurnalistə müsahibə verməmək üçün telefon nömrəsini dəyişdirib






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Co Bayden, #Donald Tramp, #Kitab, #Mobil telefon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“New York Times” qəzetinin müxbiri Tayler Peycer ABŞ-nin keçmiş prezidenti Co Baydendən müsahibə almaq üçün onunla əlaqə saxlamağa çalışıb. Lakin siyasətçinin telefon nömrəsini dəyişməsi bu cəhdi nəticəsiz qoyub.

presstvaz xəbər verir ki, bu barədə məlumatı jurnalist özü yayıb.

“Mən ona zəng etdim, lakin məlum oldu ki, nömrəsini dəyişib”, – deyə Tayler Peycer ABŞ Prezidenti Donald Trampla müsahibəsi zamanı bildirib.

Donald Tramp isə öz növbəsində müxbirə, sələfindən fərqli olaraq, müsahibə verməyə hazır olduğunu və telefon nömrəsini dəyişmədiyini xatırladıb. O, Baydenin uzun müsahibəyə tab gətirə bilməyəcəyini iddia edərək, “yəqin ki, yerə yıxılacaqdı” ifadəsini işlədib.

“New York Post” qəzetinin yazdığına görə, Peycer “2024: Tramp Ağ Evi necə yenidən qazandı və demokratlar ABŞ-ni necə itirdilər” adlı kitabında Baydenlə müsahibə cəhdinin uğursuzluğundan bəhs edib.

Müxbirin sözlərinə görə, o, 2025-ci ilin mart ayında Baydenə mobil telefonla zəng edərək müsahibəyə razılıq alıb-almayacağını öyrənməyə çalışıb. Bayden demək olar ki, dərhal telefonu söndürüb, lakin ertəsi gün danışacağına söz verib. Onlar həqiqətən də növbəti gün əlaqə saxlayıblar, lakin keçmiş ABŞ prezidenti jurnalistə cəmi bir neçə kəlmə deyə bilib.

Prezidentin şəxsi nömrəsinə zəng edilməsindən narazı qalan Baydenin komandasının üzvləri jurnalistə zəng etməyə və mesajlar göndərməyə başlayıblar. Bir müddət sonra Peycer onun nömrəsinin keçmiş prezidentin komandası tərəfindən bloklandığını, daha sonra isə Baydenin telefon nömrəsini dəyişdiyini öyrənib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv