Trampa qarşı növbəti sui-qəsd planı? – Prezidentin Floridada kortejinin marşrutu dəyişdirildi

Trampa qarşı növbəti sui-qəsd planı? – Prezidentin Floridada kortejinin marşrutu dəyişdirildi






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Araşdırma, #Audi, #Donald Tramp, #Hadisə, #Jurnalistlər, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın kortejinin marşrutu “şübhəli əşya” səbəbindən dəyişdirilib.

presstvaz-ın xarici KİV-ə istinadən xəbərinə görə, Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərlə görüşü zamanı məlumat verib.

“ABŞ Məxfi Xidməti tərəfindən Palm-Biç hava limanına ilkin yoxlama zamanı şübhəli əşya aşkarlanıb. Əlavə araşdırmaya ehtiyac duyulub və prezident kortejinin marşrutu müvafiq olaraq tənzimlənib”, – deyə o bildirib.

Qeyd edək ki, Donald Tramp son həftəsonunu Floridada keçirib.

Levitt vurğulayıb ki, prezident Floridadan havaya qalxıb və öz təyyarəsinin göyərtəsində KİV nümayəndələri ilə söhbət edib.

Tramp hadisə ilə bağlı heç nə bilmədiyini deyib.

Xatırladaq ki, ABŞ liderinə qarşı sui-qəsd cəhdi 2024-cü ilin payızında Floridada onun qolf klubunun yaxınlığında baş vermişdi. Trampa qarşı başqa bir sui-qəsd cəhdi isə 2024-cü ilin yayında, Pensilvaniyada çıxışı zamanı olmuşdu, Tramp qulağından güllə yarası almışdı. O zaman məxfi xidmət şübhəli Tomas Metyu Kruksun zərərsizləşdirildiyini elan etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv