Ekvadorda çimərlikdə asılmış beş insan başı tapıldı: Üzərində dəhşətli mesaj yazılıb

Ekvadorda çimərlikdə asılmış beş insan başı tapıldı: Üzərində dəhşətli mesaj yazılıb






presstv

"Presstv"az #Audi, #dənizdə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ekvador çimərliklərindən birində beş kəsilmiş insan başı aşkar edilib.

Bu barədə presstvaz yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, asılmış vəziyyətdə tapılmış başların yanında üzərində təhdid mesajı yazılmış taxta lövhə də olub.

“Kənd bizə məxsusdur. Balıqçıları soymağa və “vaksinasiya”ya (peyvənd) davam edin”, – deyə taxta lövhədə yazılıb.

Başların 20-34 yaşlarında beş kişiyə məxsus olduğu bildirilir. İlkin versiyaya görə, onlar həftənin əvvəlində qayıqla dənizə çıxdıqları zaman cinayətkarlar tərəfindən saxlanılıb və dənizdə öldürülüblər.

Ekvadorda “vaksinasiya” adlı cinayət termini mövcuddur. Bu, vətəndaşlardan və biznes nümayəndələrindən dəstələr tərəfindən sistematik şəkildə pul qoparılmasını ifadə edir.

Balinaların izlənilməsi ilə məşhur olan Puerto-Lopes turistik şəhərində dəstələr arasında silahlı toqquşmalar baş verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv