Azərbaycan ali məktəblərində İLK: Yeni fənnin tədrisinə başlanıldı

Azərbaycan ali məktəblərində İLK: Yeni fənnin tədrisinə başlanıldı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Hadisə, #Kənd Təsərrüfatı Nazirliyi, #Magistratura

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Dövlət Universitetində (BDU) 2025-2026-cı tədris ilindən aqrar sığorta fənninin tədrisinə başlanılıb.

presstvaz xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Bitkilərin sığortalanmasında risklərin və zərərin qiymətləndirilməsi” adlı fənn universitetin Biologiya fakültəsinin magistratura pilləsində tədris olunur:

“Aqrar sığorta fənni çərçivəsində tələbələr müxtəlif təbiət hadisələri və digər amillərin əkin sahələri üçün yaratdığı risklər, həmin risklərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması və zərərin hesablanması metodikalarını mənimsəyirlər.

Bakı Dövlət Universitetində aqrar sığortaya dair sözügedən fənnin gələcəkdə bakalavr pilləsində də tədrisi nəzərdə tutulur”.

Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmində sığorta hadisələrinin araşdırılması və zərərlərin düzgün hesablanması mühüm əhəmiyyət daşıyır. Zərər çəkmiş təsərrüfatlara sığorta ödənişləri məhz bu hesablamalar əsasında müəyyən edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv