ABŞ hərbçiləri Venesuelada dəhşətli silahdan istifadə edib

ABŞ hərbçiləri Venesuelada dəhşətli silahdan istifadə edib






presstv

"Presstv"az #ABŞ, #Nikolas Maduro, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerika hərbçiləri Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi əməliyyatı zamanı naməlum, güclü bir silahdan istifadə ediblər.

presstvaz xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti Venesuela liderinin təhlükəsizlik xidmətinin əməkdaşının ifadəsinə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ əsgərləri venesuelalıların radar sistemlərini söndürməklə, müqavimət mərkəzlərini basmaqla və dronlarla mövqeləri atəşə tutmaqla onları asanlıqla kor edə biliblər.

"Birdən bütün radar sistemlərimiz heç bir izahat olmadan qaraldı. Növbəti gördüyümüz şey mövqelərimizin üzərindən uçan çoxsaylı dron oldu. Necə reaksiya verəcəyimizi bilmirdik”, – o bildirib.

O vurğulayıb ki, bundan sonra səmada Amerika xüsusi təyinatlılarını daşıyan helikopterlər peyda oldu:

“Onlar daha güclü silahlarla silahlanmışdılar. Bir anda onlar güclü səs dalğası yaradan nəsə atdılar və başımın içəridən partladığını sandım. Ətrafdakıların burunlarından qan açıldı və qan qusmağa başladılar. Bu, bizi ayağa qalxa bilməyəcəyimiz vəziyyətə saldı”.

Qeyd edək ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Xüsusi təyinatlılar isə ölkə Prezidenti Nikolas Maduro və xanımı Silia Floresi ələ keçirilərək, Nyu Yorka aparıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv