Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır…

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır…






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #İran, #İsrail, #Məsud Pezeşkian, #Müharibə, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezident Donald Tramp İrandadakı etirazlarla bağlı hər gün açıqlama verir və status paylaşır. Ağ Ev sahibinin İranın hərbi mərkəzlərinə zərbə vuracağı açıqlaması və “İran indi daha çox azadlığa can atır. ABŞ kömək etməyə hazırdır” statusu etirazları yatırtmağa çalışan İran mühafizəkarlarına təzyiq, etirazçıları isə daha çox cəsarətli olmağa həvəsləndirmək məqsədi daşıyır. Etirazçıların da bir neçə şəhərdəki küçəni “Donald Tramp” adlandırması onların Ağ Ev sahibi ilə razılaşmasına işarədir.

presstvaz xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İranda internetin kəsilməsinə baxmayaraq, Trampla etirazçılar arasında rabitə yaranıb. Ağ Ev sahibinin İrana artan diqqəti bu ölkədəki mühafizəkarları ənənəvi olaraq “Amerikaya ölüm” şürını səsləndirməyə həvəsləndirib. Halbuki bir müddət bu şüarın səslənməsinə fasilə vermişdilər.

Beləliklə, Tehrandakı dükan sahiblərinin milli pull vahidinin dəyərdən düşməsiylə bağlı başlatdıqları etirazlarda xarici amil də ön plana keçib. Etirazlar davam edərkən, ABŞ-ın İranın hərbi mərkəzlərinə və SEPAH məntəqələrinə endirə biləcəyi zərbələrin nəticəsi nə ola bilər? Mühafizəkarlar etirazların ilk günləri ABŞ-ın adını çəkmirdilər, ancaq Trampın etirazlarla bağlı açıqlama və statusları çoxaldıqca, mollalar etirazları məhz Amerikanın təşkil etdiyini söyləməyə başladılar. Məqsəd aydındır, rejim diqqəti ölkədaxili problemlərdən yayındıraraq cəmiyyəti məlum düşmənə qarşı mobilizə etməyə çalışır. ABŞ raket zərbələri endirərsə, molla rejimi mobilizəni gücləndirməyə çalışacaq. Ancaq bu, müvəqqəti xarakter daşıyacaq. Rejim İsrail və ABŞ-la 12 günlük müharibədən sonra cəmiyyəti mobilizə edə bilmədi, əksinə, sanksiyalardan bezən insanlar ölkələrinin beynəlxalq aləmlə normal münasibətlərinin formalaşmasını istəyirlər. Bunu istəyənlərdən biri də İran Prezidenti Məsud Pezeşkiandır, ancaq onun da əl-qolunu bağlayan indiki sistemdir”, – politoloq bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv