ABŞ Maduro əməliyyatında bu gizli silahdan istifadə edib – İddia

ABŞ Maduro əməliyyatında bu gizli silahdan istifadə edib – İddia






presstv

"Presstv"az #ABŞ, #Nikolas Maduro, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ ordusunun Venesuela lideri Nikolas Maduronu ələ keçirmək üçün həyata keçirdiyi əməliyyat zamanı naməlum və yüksək texnologiyalı "gizli silahdan" istifadə etdiyi iddia olunur.

presstvaz xəbər verir ki, bu barədə "New York Post" qəzeti Maduronun mühafizə xidmətinin əməkdaşının ifadələrinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, yanvarın 3-də baş tutan əməliyyat zamanı ABŞ xüsusi təyinatlıları radar sistemlərini sıradan çıxararaq müdafiə nöqtələrini dronlarla "kor" ediblər. Lakin ən diqqətçəkən məqam əməliyyatın son mərhələsində istifadə olunan dalğa silahı ilə bağlıdır.

O söyləyib ki, Amerika helikopterləri əraziyə yaxınlaşdıqda güclü səs dalğası yaradan qurğudan istifadə ediblər:

"Başımın içəridən partladığını hiss etdim. Ətrafımdakı əsgərlər burunlarından qan gələrək yerə yıxıldılar və qan qusmağa başladılar. Heç kim ayağa qalxa bilmirdi".

Qəzet yazır ki, təsvir edilən əlamətlər mikrodalğalı və ya yönləndirilmiş enerji silahlarına (Directed Energy Weapons) işarə edir ki, bu növ silahlar insan orqanizmində daxili qanaxma və tam hərəkətsizlik yarada bilir.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat nəticəsində Prezident Nikolas Maduro və xanımı Siliya Flores həbs ediliblər./"Qafqazinfo"


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv