Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? – Sakinlər yaranan problemlərdən ŞİKAYƏT ETDİLƏR

Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? – Sakinlər yaranan problemlərdən ŞİKAYƏT ETDİLƏR






presstv

"Presstv"az #Abşeron rayonu, #Audi, #Hakim, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron rayonu, Saray qəsəbəsi, Bağlar massivi, Soltanbəy küçəsində yaşayan sakinlər son illər ərazidə göllərin qurudulması və yerində binaların tikilməsi nəticəsində yaranan problemlərdən şikayətlənirlər.

Sakinlərdən biri rəsmi qurumlar tərəfindən verilən vədlərin icra olunmadığını bildirib: “Biz üç il bundan əvvəl “Azərsu” və Abşeron Rayon İcra Hakimiyyətinə 200-300 nəfərin imzası ilə məktub göndərmişik. Bizə demişdilər ki, 2025-ci ildə kanalizasiya işimiz həll olunacaq. 2026-cı il oldu, amma hələ bir şey yoxdur”.

Digər bir sakin isə yaranan problemin artıq evlərin bünövrəsinə ciddi ziyan vurduğunu bildirir: “Bu dəqiqə hamının evinin zirzəmisi suyun içindədir”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Saray qəsəbəsinin yeni yaşayış massivlərində kanalizasiya xətləri olmadığından sakinlər çirkab quyularından – şambolardan istifadə edirlər. Bu isə qəsəbənin relyefinə görə çökək olan ərazilərdə qrunt sularının üzə qalxmasına, yağmurlu günlərdə isə subasmaya səbəb olur. Saray qəsəbəsində problemin həlli məqsədilə kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı aidiyyəti üzrə müraciət olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv