Seyran Səxavət: “Yazıçı Anar səhv edir, mən olsaydım, hamısını birdən çıxarardım”

Seyran Səxavət: “Yazıçı Anar səhv edir, mən olsaydım, hamısını birdən çıxarardım”






presstv

"Presstv"az #Anar Rzayev, #Audi, #Avto, #Azərbaycan, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Yazıçı Anar çox humanist adamdır. Onun yerinə mən olsaydım, 5 ili gözləməzdim. Son 1 il ərzində üzvlük haqqı ödəməyənlərin hamısını Birlikdən xaric edərdim”.

presstvaz xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında yazıçı Seyran Səxavət Xalq yazıçısı Anar Rzayevin üzvlük haqqı ödəməyənlərin Azərbaycan Yazıçılar Birliyindən xaric olunacaqları ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“Mən AYB-nin üzvüyəm və hər il vaxtında bu haqqı ödəyirəm. Yenə deyirəm, Anar səhv edir, 5 ili gözləmək lazım deyildi. Elə bir il ödəməyənləri avtomatik çıxarmaq lazım idi”, – o bildirib.

Yazıçı “Üzvlər niyə üzvlük haqqı ödəmirlər?” sualına belə cavab verib:

“Bu, azərbaycanlı olmaqla əlaqəlidir. Bunun başqa bir cavabı yoxdur. İl ərzində 15 manat nədir ki…”

AYB sədri yazıçı Anar bildirib ki, 5 ildən artıq üzvlük haqqı ödəməyən şəxslər AYB-dən çıxarılacaqlar. O vurğulayıb ki, üzvlük haqqını bir il, iki il, üç il və dörd il ərzində ödəməyənlərin olmasına baxmayaraq, təşkilat hələlik yalnız beş ildən artıq ödəməyənləri xaric etmək qərarına gəlib.

Yazıçı bununla yanaşı, həmin şəxslərə növbəti dəfə fürsət verildiyini və fevralın 1-dək ödəniş etmələri üçün imkan yaradıldığını diqqətə çatdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv