Azərbaycan necə “ağıllı ölkə” ola bilər? – Kembric professorundan üç əsas TƏKLİF

Azərbaycan necə “ağıllı ölkə” ola bilər? – Kembric professorundan üç əsas TƏKLİF






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Audi, #Azərbaycan, #Belçika, #Böyük Britaniy, #Böyük Britaniya, #Cənubi Koreya, #Cənubi Qafqaz, #Çin, #Dərslik, #Fransa, #Honkonq, #İspaniya, #Kanada, #Niderland, #Peşə təhsili, #Süni intellekt, #Təhsil, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hər il dünya ölkələri elm və təhsil, xoşbəxtlik, innovasiya, turizm, harmoniya, təhlükəsizlik və s. meyarlar üzrə sıralanır. Liderlər tez-tez dəyişir, lakin Skandinaviya ölkələri, İsveçrə və Sinqapur xoşbəxtlik, sabitlik və innovasiyada, Fransa və İspaniya turizmdə, ABŞ, Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələr isə “ağıllılıqda” (təhsil/ÜDM/elm əsasında) liderliyi əldən vermirlər. Əksinə, bu rəqabət get-gedə güclənir. Budur, Yaponiya yenə də aparılan qlobal araşdırmada bir çox sahədə yüksək nəticələr göstərərək 100 mümkün baldan 92-ni toplayaraq ötən ilin nəticələrinə görə “dünyanın ən ağıllı ölkəsi” seçilib. Yaponiya bu uğuru həm Nobel mükafatlarının sayına, həm yüksək IQ dərəcəsinə, həm də şagirdlərin təhsil uğurlarına görə əldə edib. “Ağıllılar”ın ilk onluğunda IQ səviyyəsinə görə Sinqapur, Cənubi Koreya, Honkonq kimi Asiya ölkələri, keçmiş nailiyyətlərə və Nobel mükafatlarının sayına görə ABŞ, siyasi sabitliyi ilə İsveçrə, sosial layihələri və həyat keyfiyyəti ilə Çin, Kanada, Böyük Britaniya, Niderland, Belçika da var.

İstər-istəməz sual yaranır ki, Cənubi Qafqazda liderlik səviyyəsinə yüksələn Azərbaycanı yüksək texnoloji inkişafın lider ölkələri sırasına necə çıxara bilərik?

presstvaz mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Azərbaycan necə ağıllı ölkə ola bilər? - Kembric professorundan üç əsas TƏKLİF

“Strateji yol xəritəsinə ehtiyac var”

Mövzunu çox aktual və vacib hesab edən Kembric Universitetinin professoru Qərib Mürşüdovun fikrincə, belə siyahılara düşməyi məqsəd kimi görmək lazım deyil. Əksinə, əsas hədəf təməl infrastrukturun qurulması və sistemli dəyişikliklər olmalıdır. Yəni, təhsil, elm və innovasiya əsaslı sənayenin davamlı inkişafı üçün strateji yol xəritəsi hazırlamağa ehtiyac var: “Bu sahələrdə keyfiyyətli irəliləyiş və fərdlər üçün əlverişli mühit yaradılsa, beynəlxalq reytinqlərə daxil olmaq təbii nəticə kimi öz-özünə baş verəcək”. Professorun sözlərinə görə, bu məqsədlə, dərhal həyata keçirilməsi zəruri olan üç əsas strateji istiqamət vacibdir. Onlardan birincisi bilik infrastrukturu, texniki ədəbiyyatın ana dildə üstünlüyüdir: “Elm-texnika sahəsində orta, ali və peşə təhsili səviyyələri üçün beynəlxalq standartlara uyğun dərslik və materialların sistematik şəkildə Azərbaycan dilinə çevrilməsi lazımdır. Amma yalnız ədəbiyyatı əlçatan etmək kifayət deyil, onun istifadəsini də stimullaşdırmalıyıq. KİV-də elmi-populyar proqramların artırılması, görkəmli alim və mühəndislərin məktəblərlə davamlı əlaqəsinin qurulması, valideynlər arasında texniki təhsilin gələcək perspektivləri barədə maarifləndirmə işləri aparılması da vacibdir. Yüksəktexnologiyalı sahələrdə yaxşı maaşlı işlərin çoxalması bu prosesi sürətləndirəcək”. Alim hesab edir ki, keyfiyyətə doğru prosesdə müəllim potensialının artırılması da vacibdir: “Sistem öz-özünə işləmir. Onun əsas “mühərriki” müəllimlərdir. Müəllimlərin peşəkar hazırlığı, bilik səviyyəsi və müasir tədris metodlarına yiyələnməsi prioritet olmalıdır”.

Azərbaycan necə ağıllı ölkə ola bilər? - Kembric professorundan üç əsas TƏKLİF

Professor bildirir ki, texnologiyadan düzgün istifadə də önəmlidir: “Hazırkı keçid dövründə təhsildə süni intellekt kimi innovativ vasitələrdən köməkçi alət kimi istifadə etmək, həm təhsil keyfiyyətini yüksəldə, həm də “repetitorluq” kimi problemlərin həllinə kömək edə bilər”.

“Problem beyində deyil, mexanizmdədir”

“Bəli, Yaponiya bu gün ən balanslı modeli göstərir. Nobel mükafatları təsadüf, IQ göstəriciləri isə təkcə genetik məsələ deyil, təhsildəki ardıcıllıq isə illərin nəticəsidir”, – deyə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova vurğulayır. Onun fikrincə, yaponlar sadəcə “ağıllı xalq” deyil, onların ağıllı sistemi olan ölkəsi də var: “Düzdür, bu gün biz müəyyən göstəricilərdə geridəyik. Amma bu, potensialın olmaması demək deyil. Əksinə, bizdə istifadə olunmayan potensial çoxdur. Yəni problem beyində deyil, mexanizmdədir. Birincisi, biz hələ də uğuru əzbərlə ölçürük. Testdən keçmək bacarığı ilə düşünmək bacarığını eyni şey zənn edirik. Siyahıya düşən ölkələr isə uşağa “düz cavabı tap” yox, “niyə belə düşündün?” sualını verir. Bizdə bu sual hələ dərsdə yox, bəzən adi həyatda da yoxdur”.

Azərbaycan necə ağıllı ölkə ola bilər? - Kembric professorundan üç əsas TƏKLİF

Alternativ yol, yoxsa hörmətli karyera?

G.Əkbərova hesab edir ki, elmin prestij məsələsinə çevrilməsi də vacibdir: “Yaponiya və oxşar ölkələrdə alim olmaq alternativ yol deyil, hörmətli karyeradır. Bizdə isə istedadlı gənclər ya sistemdən bezir, ya da başqa sahəyə qaçır”. G.Əkbərovanın fikrincə, bu prosesdə uzunmüddətli strategiya vacib amildir. Belə ki, Yaponiya nəticəni beş ilə yox, 25-30 ilə planlayır: “Biz isə tez-tez “bu il nə dəyişdi?” sualına ilişib qalırıq. Ağıllı ölkələr səbirlidir, çünki ağıllı proseslər vaxt istəyir”. İŞ üzvünün fikrincə, ölkəmizdə riyaziyyata meyilli uşaqlar, dilləri tez öyrənən gənclər, çətin şəraitdə belə çıxış yolu tapan zəka var. Sadəcə, bu zəkanı sistemli şəkildə üzə çıxaran mühit formalaşmalıdır: “Obrazlı desək, torpaq münbitdir, amma suvarma plansızdır. Düşünürəm ki, biz siyahıya düşmək üçün başqasına oxşamalı deyilik, öz güclü tərəflərimizi ağıllı şəkildə inkişaf etdirməliyik. Başlanğıc üçün tənqidi düşünmə, elmə hörmət, müəllimə dəyər, uzunmüddətli baxış kifayətdir. Yaponiya nümunəsində gördüyümüz əsas məqam odur ki, sistem mərkəzdən yazılan sənədlərlə yox, sahədə formalaşan mədəniyyətlə güclənir. Əgər bu gün biz Nobel siyahılarında yoxuqsa, bu o demək deyil ki, sabah da olmayacağıq. Sadəcə, Nobel birbaşa auditoriyadan, sinifdən, müəllim masasından başlayır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv