Qəhvənin gözlənilməz faydası: Beynin yaşlanmasını ləngidir

Qəhvənin gözlənilməz faydası: Beynin yaşlanmasını ləngidir






presstv

"Presstv"az #Demensiya, #Həkim, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müntəzəm və ölçülü miqdarda qəhvə qəbulunun Alzheimer,Parkinson və yaşla bağlı demensiya kimi neyrodegenerativ xəstəliklərin riskini azaltdığı bildirilir.

presstvaz xəbər verir ki, bu barədə Qalina Çudinskaya məlumat verib.

Onun sözlərinə görə, heyvanlar üzərində aparılan təcrübələrdə kofein beynin Alzheimer xəstəliyinə bənzər zədələnmələrini ləngidib, həmçinin Parkinson xəstəliyinin modellərində və insultdan sonra yaranan koqnitiv pozuntularda yüngül qoruyucu təsir göstərib.

Nevroloq bildirib ki, bir sıra tədqiqatlar gündə 1-3 fincan qəhvə içən insanların verbal yaddaş və diqqət qabiliyyətini daha uzun müddət qoruduğunu göstərir:

"Kofeinin təsir mexanizmi onun adenozin reseptorlarını bloklaması ilə izah olunur. Bu proses neyroplastikliyi aktivləşdirir, oksidləşdirici stressi azaldır və neyronların fəaliyyətini dəstəkləyir".

Qeyd olunub ki, qəhvə yalnız kofeindən ibarət deyil. İçkinin tərkibindəki polifenollar və xlorogen turşusu antioksidant və iltihabəleyhinə təsir göstərir, kofein turşusu isə neyrogenezi stimullaşdıraraq beyin hüceyrələrini qoruyur.

Həkimin sözlərinə görə, triqonellin və diterpenlər mitoxondriləri möhkəmləndirir, stress proseslərini tənzimləyir, fenilindanlar və EHT (Eicosanoyl-5-hydroxytryptamide) isə Alzheimer xəstəliyi ilə əlaqəli zülalların yığılmasının qarşısını alır. Bütün bu komponentlər birlikdə koqnitiv funksiyaları dəstəkləyir, beynin yaşlanma prosesini ləngidir və yüngül neyroprotektiv effekt yaradır.

Nevroloq xəbərdarlıq edib ki, qəhvənin həddindən artıq qəbulu yuxusuzluq, təşviş və ürək-damar sisteminə əlavə yük yarada bilər. Sağlam böyüklər üçün təhlükəsiz gündəlik kofein dozası təxminən 4 fincan kofedir.

Lakin hamilə və süd verən qadınlar, eləcə də ürək-damar xəstəlikləri və yüksək arterial təzyiqi olan şəxslər üçün tövsiyə olunan gündəlik norma bir qədər azaldılmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv