Mətbuat Şurasının İdarə Heyətinin 2026-cı ildə ilk iclası keçirilib

Mətbuat Şurasının İdarə Heyətinin 2026-cı ildə ilk iclası keçirilib






Rəşad Cəfərli

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Bakı, #Bakı Dövlət Universitetini, #Baş redaktor, #İlham Əliyev, #Jurnalistlər, #Mətbuat Şurası, #Rəşad CƏFƏRLİ, #Rəşad Məcid, #Teleaparıcı, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Ana dilinin qorunması və Dil Komissiyasının yeni tərkibi müzakirə olunub

       presstvaz bildirir ki, bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2026-cı ildə ilk iclası keçirilib.

İclas giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid Prezident İlham Əliyevin ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə ana dilimizin qorunmasının vacibliyi ilə bağlı səsləndirdiyi fikirləri xatırladıb. O bildirib ki, bu çağırış media mühitində dil normalarına daha məsuliyyətli yanaşmanı zəruri edir.

       R.Məcid qeyd edib ki, noyabrın 7-də Mətbuat Şurası Medianın İnkişafı Agentliyi ilə birgə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirib. Onun sözlərinə görə, Agentlik tərəfindən hazırlanan konfrans xülasəsi həm ana dilimizin qorunması baxımından mühüm çağırış xarakteri daşıyır, həm də qarşıda duran vəzifələrə sistemli yanaşmanı əks etdirir.

Şura sədri vurğulayıb ki, İdarə Heyətinin 2025-ci ildə keçirilən son iclasında da Prezident İlham Əliyevin bu istiqamətdəki fikirlərindən irəli gələn məsələlər müzakirə olunub və nəticə etibarilə Mətbuat Şurasının Dil Komissiyasının tərkibi yenidən formalaşdırılıb. Komissiyanın sədri İdarə Heyətinin üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı seçilib.

       Yeni tərkibdə “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev, Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin təmsilçiliyi məqsədəuyğun sayılıb.

presstvaz bildirir ki, Rəşad Məcid Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə də ana dilinin qorunması məsələsinə xüsusi yer ayırdığını diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycan dilini dövlətçiliyin əsas atributlarından biri kimi qiymətləndirərək, onu bayraq, gerb və himnlə bir sırada, hətta birinci yerdə qeyd edib. Prezident uzun illər xalqımızın üzləşdiyi məhrumiyyətlərin düşüncə tərzinə mənfi təsirlər göstərdiyini və bu fəsadların aradan qaldırılmasının vacibliyini vurğulayıb.

        Şura sədri bildirib ki, bu gün Dil Komissiyasının keçiriləcək genişləndirilmiş iclasında Prezidentin səsləndirdiyi fikirlər ətrafında ətraflı müzakirələr aparılacaq və konkret fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Bununla yanaşı, İdarə Heyəti Dil Komissiyasına yeni üzvlərin cəlb olunması məsələsinə də baxıb.

Müzakirələrdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Müasir Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Hacıyev (Tofiq Müzəffəroğlu), AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərov, əməkdar artist, tanınmış teleaparıcı Nərgiz Cəlilova, İTV telekanalının aparıcısı Vüsalə Məmmədova Dil Komissiyasının üzvləri kimi təsdiqləniblər. APA İnformasiya Agentliyinin redaktoru Nadir Yalçın isə komissiyanın katibi seçilib.

       Beləliklə, Mətbuat Şurasının Dil Komissiyası sədr Vüsalə Mahirqızı, sədr müavini Seyfəddin Hüseynli və katib Nadir Yalçın daxil olmaqla ümumilikdə 12 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək.

Rəşad CƏFƏRLİ,

 Presstv.az – Azərbaycan xəbər portalı

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.