Narkotik testi müsbət çıxan Şeyma Subaşı tövbə etdiyini açıqladı

Narkotik testi müsbət çıxan Şeyma Subaşı tövbə etdiyini açıqladı






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Audi, #İstanbul, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində saxlanılan və test nəticələri müsbət çıxan Şeyma Subaşı tövbə etdiyini açıqlayıb.

presstvaz xəbər verir ki, qadağan olunmuş maddələrdən istifadənini etiraf edən Şeyma Subaşı bununla bağlı “Instagram” hesabında paylaşım edib.

O, paylaşımda peşmançılığını dilə gətirib və tövbə etdiyini qeyd edib.

“Mən tövbə edirəm. Özüm və gələcəyimlə bağlı qərarlar verdiyim bir dövrdəyəm. Bundan sonra yoluma səssizcə, dürüst şəkildə və hörmətlə davam etməyi seçirəm”, – deyə o bildirib.

Xatırladaq ki, narkotikdən istifadə ilə bağlı barəsində saxlanılma qərarı olan Şeyma Subaşı ABŞ-dən qayıdarkən hava limanında saxlanılıb və narkotik istifadə etdiyi təsdiqini tapıb. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırmasında qan və saç nümunələrini təqdim edən Subaşının narkotik testinin nəticəsi müsbət çıxıb.

Qeyd edək ki, Şeyma Subaşı nəticələr açıqlanmadan əvvəl də narkotikdən istifadə etdiyini etiraf etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv