Tanqo ritmini Azərbaycan estradasına gətirən ilk bəstəkarlardan biri – Elza İbrahimovanın doğum günüdür

Tanqo ritmini Azərbaycan estradasına gətirən ilk bəstəkarlardan biri – Elza İbrahimovanın doğum günüdür






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Respublikasının Xalq artisti, #Bakı, #Doğum günü, #Fəxri xiyaban, #İlham Əliyev, #Neftçi, #Sərəncam, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 10-u bəstəkar, Azərbaycan Respublikasının və Dağıstanın Xalq artisti Elza İbrahimovanın doğum günüdür.

presstvaz xatırladır ki, Elza İmaməddin qızı İbrahimova 1938-ci ildə Hacıqabul (Qazıməmməd) şəhərində anadan olub.

O, Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib.

Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o, musiqi məktəbinə yazdırılır.

Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş “Yalan ha deyil” mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qurban verərdim” əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir, amma sonradan “Qurban verərdim”lə bərabər, “Sən mənə lazımsan” (söz. Əliağa Kürçaylı), “Bağçadan keçmisən” (söz. Ə.Əlibəyli) və s. tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.

Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, “Afət”, “Şeyx Şamil” və “Yanan laylalar” operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibətilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.

Tanqo ritmini Azərbaycan estradasına gətirən ilk bəstəkarlardan biri - Elza İbrahimovanın doğum günüdür

Bir-birindən maraqlı, orijinal mahnılarla bərabər, romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən “Ey Vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dilində onlarla poetik nümunəyə musiqi yazıb. 1992-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” adına layiq görülüb. 2008-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” adına layiq görülüb.

Görkəmli bəstəkar uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə, 74 yaşında vəfat edib. Bəstəkar İkinci Fəxri xiyabanda dəfn olunub.

22 dekabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv