Çinin “Geely” avtomobil istehsalçısı ABŞ bazarını hədəfləyir

Çinin “Geely” avtomobil istehsalçısı ABŞ bazarını hədəfləyir






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #avtomobillər, #Çin, #Geely, #Kaliforniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinin “Geely” avtomobil istehsalçısı ABŞ bazarına daxil olmaq imkanını nəzərdən keçirir.

presstvaz bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat verib.

“Geely”nin qlobal kommunikasiyalar üzrə direktoru Aş Satkliffin sözlərinə görə, şirkət yaxın 2-3 ildə bunu elan edə bilər.

“ABŞ bazarına nə vaxt və harada daxil olacağımız bizim üçün hələ böyük sualdır”, – deyə o, WSJ-ə müsahibəsində bildirib.

“Geely” elektromobillər, qoşulan hibridlər və daxili yanma mühərrikli avtomobillər istehsal edən geniş brend portfelinə sahibdir.

Digər Çin avtomobil istehsalçılarından fərqli olaraq, “Geely” İsveçdə nəzarəti altında olan “Volvo” şirkəti vasitəsilə artıq ABŞ bazarında mövcuddur. Bundan əlavə, “Waymo” (“Alphabet Inc.”ə daxildir) özünün robot-taksi xidmətində “Geely” tərəfindən idarə olunan digər bir brenddən – “Zeekr” avtomobillərindən istifadə edir.

Satkliffin sözlərinə görə, “Geely”nin portfelindən olan “Zeekr” və “Lynk & Co.” brendləri ABŞ bazarı üçün çox uyğun ola bilər.

O qeyd edib ki, şirkət hələ ABŞ-də istehsal yerinin axtarışı ilə məşğul olmayıb. Satkliff əlavə edib ki, mümkün variant kimi Cənubi Kaliforniyadakı “Volvo” avtomobillərinin yığılması müəssisəsi ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv